Efiopiyada zəlzələ oldu
Dünya
05.01.2025 08:11
Efiopiyada 5,0 maqnitudalı zəlzələ olub.
TodayPress xəbər verir ki, bunu Avropa – Aralıq dənizi
Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, yeraltı təkanlar yerli
vaxtla saat 23:05-də (Bakı vxtı ilə 00:05) əhalisi təxminən 213 min nəfər olan
Nazret şəhərindən 124 km şimal-şərqdə qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
“Earthquaketrack” resursuna görə, son həftədə Efiopiyada
60 zəlzələ qeydə alınıb. Seysmik aktivlik Böyük Efiopiya Rifti bölgəsində
yerləşən Fentale vulkanı ilə əlaqədardır. O, sonuncu dəfə 1820-ci ildə
püskürüb.
tag: Zəlzələ, Efiopiya, Avropa, Aralıq Dənizi, Təkan, todaypress.az,