Efiopiyada yol qəzası baş verdi, 71 nəfər öldü - FOTO

Dünya

30.12.2024 15:40

Efiopiyanın Sidama ştatında sərnişin daşıyan yük maşınının çaya düşməsi nəticəsində 71 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə Efiopiya regional kommunikasiya bürosunun bəyanatında bildirilib.

Məlumata görə, hadisə Sidama ştatında, ölkənin paytaxtı Əddis-Əbəbədən təxminən 300 km cənubda baş verib.

Hadisə nəticəsində 68 kişi və 3 qadın həlak olub. Beş nəfərin vəziyyəti ağırdır.

Qeyd edən ki, qəza zamanı yük maşınında olan sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.

tag: Efiopiya,Sidama ,Yük maşını,Çay,Qəza,Əddis-Əbəbə,todaypress.az,

photo