Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatdı

Dünya

23.07.2024 20:16

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında 148 kişi və 81 qadın olub.

Daha əvvəl 150 nəfərin öldüyü bildirilmişdi.

Məlumata görə, torpaq sürüşməsi ölkənin cənubundakı Qeze-Qofa bölgəsində baş verib.

Nəzrin Cavadzadə

tag: Efiopiya, Sürüşmə, Qeze-Qofa, Cənub, todaypress.az,