Efiopiyada torpaq sürüşdü: Ölənlər var

Dünya

26.08.2024 02:34

Efiopiyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Todaypress xəbər verir ki, bu barədə xarici KİV-də  məlumat yayılıb.

Bildirilib ki, sürüşmədən 2 mindən çox insan təxliyə edilib.

BMT-nin Koordinasiya Ofisinin hesabatına görə, eyni bölgədə iyulun sonunda ölkədə indiyə qədər qeydə alınan ən ölümcül sürüşmə baş verib və 257 nəfər həlak olub.

Həmçinin  ölkədə 3 günlük matəm elan oluduğu vurğulanıb.

Aynur TAC

tag: Ekologiya, Sürüşmə, Matəm, Torpaq, Fəakət,