Efiopiyada baş verən torpaq sürüşməsində azı 55 nəfər öldü
Dünya
22.07.2024 22:24
Efiopiyanın cənubunda torpaq
sürüşməsi nəticəsində azı 55 nəfər həlak olub.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları ölənlərin sayının
arta biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, sürüşmə ölkənin
cənubundakı Qeze-Qofa bölgəsində baş verib.
Ərazidə daha əvvəl faciəli
sürüşmələr olub. Belə ki, 2018-ci ildə bir həftə aralıqlarla baş verən iki ayrı
sürüşmə nəticəsində ən azı 32 nəfər həlak olub.
Nəzrin Cavadzadə
tag: Efiopiya, Sürüşmə, Qeze-Qofa, Cənub, todaypress.az,