Efiopiya sürüşməsində ölənlərin sayı 23-ə çatdı
Dünya
27.08.2024 02:56
Efiopiyanın şimalındakı Amhara əyalətində
baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə "Frans
Press" agentliyi təbii fəlakətlərin qarşısının alınması üzrə regional
idarəyə istinadən məlumat yayıb.
Axtarış tədbirlərinin davam etdiyi qeyd edilir.
Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Qondar
şəhərinin şimal bölgəsində sürüşmə baş verib. Daha əvvəl 10 ölü barədə məlumat
verilmişdi.
Təbii fəlakətlə əlaqədar 2,7 mindən çox insan təxliyə
edilib və hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.
tag: Efponiya,Sürüşmə, Ekologiya, Fəlakət, todaypress.az,