Edam hökmü ləğv edilən məhbuslar Baydenin qərarına etiraz etdi
Dünya
07.01.2025 17:42
ABŞ-də qətldə təqsirli bilinən iki məhbus federal məhkəmədən edam hökmlərini ləğv etməməyi xahiş edib.
TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin sonunda ABŞ prezidenti Cozef Bayden ölüm hökmündə olan 40 məhbusdan 37-nin cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbslə əvəz edib. Lakin əfv olunanlardan ikisi sənədləri imzalamaqdan imtina edib.
Telekanalın məlumatına görə, İndiana ştatında cəza çəkən Şennon Aqofski və Len Devis cəzanın azaldılması ilə razılaşmanın onların cəzalarından apellyasiya şikayətinə mane olacağına inanırlar. Onların hər ikisi məhkum olunduqları cinayətlərdə özlərini təqsirli bilməyiblər.
Günəş Mərd
tag: Edam, Bayden ,Məhbus ,Narazı ,todaypress.az,