“Ədalət qarşısında cavab verəcəklər” – Ərdoğan
Dünya
14.07.2024 12:21
“İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər”.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsində bildirib.
“ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm. Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram.Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq” deyə Türkiyə dövlət başçısı paylaşımda qeyd edib.
tag: Tramp, sui-qəsd, ABŞ, prezident,Ərdoğan,todaypress.az,