Əcnəbilər Ukrayna ordusunda zabit kimi xidmət edə biləcəklər
Dünya
27.10.2024 07:17
Ukrayna Prezidenti Volodimir Zelenski
əcnəbilərin ölkə ordusunda komandanlıq vəzifələrində xidmət etməsinə icazə
verən qanunu imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə “Strana.ua”
nəşri məlumat yayıb.
Bundan əvvəl, oktyabrın 10-da Ali Radanın deputatları əcnəbilərin
müqavilə əsasında hərbi xidmət keçməsi qaydası haqqında qanunu təsdiqləyiblər.
Bu, başqa dövlətlərin vətəndaşlarını təkcə sıravi və
çavuş kimi deyil, həm də zabit kimi cəlb etməyə imkan verir.
Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin
sədr müavini Yeqor Çernev Ukrayna Silahlı Qüvvələrinin komandanlıq heyətinin
komplektləşdirilməsində çətinlikləri etiraf edib və bildirib ki, boşluqları
təqaüdə çıxmış Qərb hərbçilərinin köməyi ilə doldurmaq mümkündür.
tag: Zelenski, Ukrayna, Hərbi, Qoşun, Rusiya,Müharibə, todaypress.az,