Əcnəbi iki yeniyetməni bıçaqladı
Dünya
22.07.2024 23:55
Varşavada əcnəbi iki yeniyetməni
bıçaqlayıb.
TodayPress xəbər verir
ki, bu barədə “Gazeta Wyborcza” qəzetinə Polşa paytaxtı polisinin sözçüsü Kamil
Sobotka məlumat verib.
“26 yaşlı əcnəbi 15 yaşlı iki
yeniyetməni yaralayıb. Yaralılar artıq xəstəxanaya aparılıblar, onların hansı vəziyyətdə
olduğunu deyə bilmərəm” deyə polis bildirib.
Hadisə Varşavanın şimal-şərqindəki
meşəlik ərazidə baş verib, polisə bu barədə yerli vaxtla saat 15:00-dan sonra
(Bakı vaxtı ilə 17:00) məlumat daxil olub.
Hücum edənin Özbəkistan vətəndaşı, xəsarət alanların isə Ukrayna vətəndaşları olduğu deyilir.
tag: Polşa, Varşava, Kamil Sobotka, Əcnəbi, todaypress.az,