Durovun qardaşı Fransada axtarışa verildi
Dünya
28.08.2024 16:16
“Telegram”ın təsisçisi Pavel Durovun qardaşı Nikolay Durov da Fransada axtarışa verilib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məhkəmə sənədinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Pavel və Nikolay Durov haqqında həbs qərarı martın 25-də terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsinə görə verilib.
Töhfə Səməd
tag: Telegram, Pavel Durov, Nikolay Durov, Fransa, Həbs, todaypress.az,