Durovun həbsindən sonra Mask təhlükə altındadır

Dünya

26.08.2024 13:01

“Telegram”ın yaradıcısı Pavel Durovun həbsindən sonra amerikalı biznesmen İlon Mask öz təhlükəsizliyi və Avropa İttifaqına səfərləri barədə düşünməlidir”. 

TodayPress xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Stankeviç bildirib. 

O, hesab edir ki, istənilən ciddi internet platformasının sahibi və ya operatoru Avropaya səyahət etməzdən əvvəl iki dəfə düşünməlidir. Xüsusilə, Durovun başına gələnlər birbaşa Mask üçün təhdid deməkdir. 

“Avropa İttifaqında prinsipcə indiyə qədər belə bir şey ola bilməzdi. İndi isə hər kəs bunun mümkün olduğunu gördü” Stankeviç bildirib.

Politoloq qeyd edib ki, Durovun Fransada həbsi onların “Telegram” üzərində nəzarət yaratmaq istəyi ilə bağlı ola bilər. 

Günəş Mərd

tag: Sergey Stankeviç ,Avropa İttifaqı, Mask, Fransa, Telegram, todaypress.az,