Durovun həbs müddəti yenidən uzadıldı
“Telegram”ın təsisçisi Pavel Durov kibercinayətlərlə bağlı istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq.
TodayPress xəbər verir ki, bu barədə Paris prokurorluğu bəyanat yayıb.
Xatırladaq ki, Durov avqustun 24-də Parisin “Le-Burje” hava limanında saxlanılıb.
Yerli media Durovun Fransada axtarışda olan şəxslər siyahısına daxil edildiyi xəbərini yazıb. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.
Töhfə Səməd
tag: Durov, Fransa, Paris, Məhkəmə, Narkotik, Teleqram, todaypress.az,