Durovun Fransa ilə əlaqələrinin olduğu bilindi
2018-ci ildə Fransa prezidenti Emmanuel Makron “Telegram”ın təsisçisi Pavel Durova messencerin baş ofisini Parisə köçürməyi təklif etsə də, o, bundan imtina edib.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, Makron, hətta Durova Fransa vətəndaşlığının verilməsi məsələsini də müzakirə edib.
Məlumatda qeyd olunub ki, Makronla əvvəlki danışıqların onun saxlanılmasında hər hansı rol oynadığına dair sübut olmasa da, bu detallar Durovun Fransa ilə uzun və mürəkkəb münasibətlərinin olduğunu göstərir.
Töhfə Səməd
tag: Fransa, Makron, Paris, Vətəndaşlıq, Məlumat, todaypress.az,