Durov: “Telegram” qaydalarını pozanlar cəzalandırılacaq”

Dünya

23.09.2024 18:10

“Telegram” qaydalarını pozanların İP (internet protocol) ünvanları və telefon nömrələri əsaslı sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana bilər”.

TodayPress xəbər verir ki, bunu “Telegram”ın həmtəsisçisi Pavel Durov deyib. 

O, həmçinin istifadəçiləri “Telegram” axtarışında təhlükəli və ya qeyri-qanuni məzmunun aşkarlanması barədə rəsmi “@SearchReport” botuna məlumat verməyə çağırıb.

“Bu tədbirlər cinayətkarların qarşısını almalıdır. “Telegram”da axtarış qeyri-qanuni xidmətləri tanıtmaq üçün deyil, dostlar və xəbərlər tapmaq üçün nəzərdə tutulub. Təcavüzkarların platformamızın bütövlüyünü pozmasına imkan verməyəcəyik” deyə iş adamı bildirib.

Töhfə Səməd

tag: Durov ,Telegram ,Tədbir ,Cəzalar ,Qaydalar ,todaypress.az,