Durov iki günə həbsdən buraxıla bilər
Dünya
25.08.2024 13:22
“Telegram” messencerinin təsisçisi Pavel Durov iki gün ərzində həbsdən azad oluna bilər.
Todaypress Rusiya mediasına istinadən xəbər verir ki, bu fikri hüquqşünas Aleksandr Dobrovinski “Telegram” kanalında bildirib.
“Düşünürəm ki, Durov iki günə azad olunacaq. Korporasiyası öz şəxsi qaydalarını quran və ona uyğun fəaliyyət göstərən şəxsə qarşı iddia irəli sürmək çətindir” o yazıb.
Vəkilin sözlərinə görə, Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları qorxularından hərəkətə keçmək qərarına gəliblər.
Dobrovinski hesab edir ki, Parisin məhkəmə qərarı yoxdur və yalnız şübhələri var, ona görə də Durov tezliklə azadlığa buraxılacaq.
Günəş Mərd
tag: teleqram,həbs,Fransa,Pavel Durov,cinayət,terror,