Dünyanın ilk trilyonçusunun adı açıqlandı
Dünya
08.09.2024 16:20
Amerikalı sahibkar, “Tesla” və “SpaceX”
şirkətlərinin rəhbəri, “X” sosial şəbəkəsinin sahibi İlon Mask dünyanın ilk
trilyonçusu ola bilər.
TodayPress xəbər verir ki, bu barədə
“The Guardian” qəzeti “Informa Connect Academy” qrupunun analitiklərinə istinadən
məlumat yayıb.
“Sərvət təhlili qrupunun yeni
hesabatına görə, İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa
yaxındır. Analitiklər bu qənaətə iş adamının sərvətinin ildə orta hesabla 110
faiz artmasına görə gəliblər” deyə məlumatda bildirilib.
Bu statusu alan ikinci şəxs
hindistanlı milyarder, “Adani Group” biznes konqlomeratının yaradıcısı Qautam
Adani ola bilər. Ekspertlərin fikrincə, bu, 2028-ci ildə baş verə bilər.
Töhfə
Səməd
tag: Tesla, Mask, Fabriklər,SpaceX, ABŞ,Adani,Hindistan,Milyarder,todaypress.az,