Dünyanın ilk taxta peyki kosmosa buraxıldı
Dünya
05.11.2024 18:55
Yapon mütəxəssisləri tərəfindən qurulan dünyanın ilk taxta peyki olan "LignoSat" “SpaceX” missiyasının bir hissəsi olaraq orbitə buraxılıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kioto Universitetində hazırlanan peyk Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırılacaq və Yerdən təxminən 400 kilometr yüksəklikdə orbitə çıxarılacaq. Vurğulanıb ki, missiya bərpa olunan materialların “kosmik potensialını” nümayiş etdirəcək.
“Biz ağacla evlər tikə bilirik. Bununla da əbədi olaraq kosmosda yaşayıb işləyə biləcəyik” deyə Kioto Universitetinin tədqiqatçısı və keçmiş astronavt Takao Doi bildirib. Onun komandası yaxın 50 il ərzində Ay və Marsda ağac əkməyə və taxta evlər tikməyə başlamağı da planlaşdırır.
Töhfə Səməd
tag: Dünya, Peyk, Taxta, Yer, BKS, todaypress.az,