Dünyanın ilk rəssam dronunun əsəri nümayiş olundu
Dünya
27.07.2024 08:58
Rusiyada dünyada insan
iştirakı olmadan rəsm çəkə bilən ilk dronun divar rəsmi nümayiş olunub. İncəsənət
obyekti texnologiyalara və onların təbiətlə qarşılıqlı əlaqəsinə həsr olunub.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, dron rusiyalı rəssam Mişa Mostla mühəndis və
proqramçılar qrupunun birgə layihəsidir. Qeyd olunub ki, uçuş aparatının idarə
edilməsinin qabaqcıl texnologiyası istifadə edilib.
"Bu dron dəqiq xətlər çəkə, rəsmlərin miqyasını və detallılığını dəyişdirə, yəni yaradıcı vahid ola bilər. Yeni layihə incəsənət və texnologiyaların parlaq əməkdaşlığıdır" deyə tərtibatçılar bildiriblər.
tag: Rusiya, Mişa Most,Rəsm, Sərgi, todaypress.az,