Dünyanın ən yaşlı insanı vəfat etdi
Dünya
20.08.2024 15:45
“Ən yaşlı insan” statusunu daşıyan ispaniyalı qadın 117 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mariya Branyas Moreranın ailəsi sosial şəbəkədə paylaşım edərək bildiriblər ki, o, yuxuda olarkən və heç bir ağrı çəkmədən dünyasını dəyişib. Ailəsinin sözlərinə görə, ispaniyalı qadın hər zaman belə ölməyi arzulayırmış.
Onun ölümündən sonra dünyanın ən yaşlı insanı yaponiyalı qadın Tomiko İtuka olub. Hazırda onun 116 yaşı var.
Qeyd edək ki, Mariya 117 yaşını mart ayında qeyd edib. Son bir neçə il idi ki, o, qocalar evində yaşayırmış.
Töhfə Səməd
tag: Dünya, Yaşlı İnsan, Tomiko İtuka, Mariya, Qocalar Evi, todaypress.az,