Dünyanın ən xoşbəxt 250 ölkəsi müəyyənləşdi

Dünya

24.06.2024 09:13

Dünyanın ən xoşbəxt 250 şəhərinin siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, Böyük Britaniyada yerləşən Həyat Keyfiyyəti İnstitutunun dərc etdiyi “Xoşbəxt Şəhərlər İndeksi” məlumatlarına əsasən, dünyada xoşbəxtlik səviyyəsinin ən yüksək olduğu şəhərlər müəyyənləşib.

Aparılan sorğuya əsasən siyahıya 1749 bal toplayan Danimarkanın Orhus şəhəri liderlik edir.

Qardaş Türkiyənin 3 şəhəri də sözügedən siyahıya daxil edilib.

Siyahının ilk onluğunu sizə təqdim edirik:

10.MÜNHEN (ALMANİYA)

9. CENEVRƏ (İSVEÇRƏ)

8. KOPENHAGEN (DANİMARKA)

7. BRİSTOL (İNGİLTƏRƏ)

6. HELSİNKİ (FİNLANDİYA)

5. AMSTERDAM (HOLLANDİYA)

4. GÖTEBORQ (İSVEÇ)

3. BERLİN (ALMANİYA)

2. SÜRİX (İSVEÇRƏ)

1.ORHUS (DANİMARKA)

Qardaş Türkiyənin siyahıda yer alan 3 şəhəri isə aşağıdakılardır:

İSTANBUL 197-ci yer

İZMİR 222-ci yer

ANTALYA 246-cı yer

 GÜNEL

  

tag: Xoşbəxtlik İndeksi, Danimarka, Almaniya, Hollandiya, Türkiyə, todaypress.az,