Dünyanın ən varlı adamlarının siyahısı açıqlandı
“Meta Platforms”un həmtəsisçisi və rəhbəri Mark Zukerberq “Bloomberg Milyarderlər İndeksi”nə görə dünyanın ikinci ən varlı adamı olub.
TodayPress xəbər verir ki, Zukerberqin sərvəti 206,2 milyard ABŞ dollarına yüksələrək “Amazon”un qurucusu və baş direktoru Ceff Bezosu geridə qoyub.
Ümumilikdə “Meta”nın həmtəsisçisi ilin əvvəlindən 78 milyard ABŞ dolları zənginləşib. Bu, şirkətin gəlirlərinin və mənfəətinin artması nəticəsində əldə edilib.
Qeyd edək ki, reytinqdə birinci yerdə “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskdır. O, Zukerberqi təxminən 50 milyard ABŞ dolları qədər qabaqlayır. Onun kapitalı son bir ildə 256 milyard dollar təşkil edib.
Töhfə Səməd
tag: Varlı, Dünya ,Zukerberq ,ABŞ, Meta ,Amazon, todaypress.az,