Dünyanın ən varlı 3 adamı Trampın andiçmə mərasimində iştirak edəcək

Dünya

15.01.2025 09:40

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminin qonaqları üç amerikalı milyarder - "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask, "Amazon"un qurucusu Ceff Bezos və "Meta" şirkətinin rəhbəri Mark Zukerberq olacaq. 

TodayPress xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. 

"Onlara mərasimdə ən yaxşı yerlər veriləcək. Digər fəxri qonaqlar, o cümlədən Tramp Nazirlər Kabinetinin namizədləri və seçilmiş rəsmilər ilə birlikdə platformada oturacaqlar" məlumatda qeyd edilir. 

Siyahıda sadalanan sahibkarlar dünyanın ən varlı adamları sırasındadır, birinci yerdə Mask, ikinci yerdə Bezos, üçüncü yerdə isə Zukerberq var. 

Qeyd edək ki,  Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq. 

Günəş Mərd

tag: ABŞ, Tramp, Zukerberq, Mask,todaypress.az,