Dünyanın ən çirkli havası olan şəhəri açıqlandı
İsveçrənin “IQAir” qrupunun açıqlamasına görə dünyanın ən çirkli metropolu seçilən Hindistanın Birnihat şəhərinin sakinləri tənəffüs yolları xəstəlikləri ilə mübarizə aparır.
TodayPress xəbər verir ki, bu barədə “IQAir” məlumat yayıb.
2024-cü ildə Birnihatda PM2.5-in orta illik konsentrasiyası hər kubmetr üçün 128,2 mikroqram təşkil edib ki, bu da ÜST-nin tövsiyə etdiyi səviyyədən 25 dəfə yüksəkdir.
Şimal-şərqdəki Assam və Meqhalaya əyalətlərinin sərhədində yerləşən və yamyaşıl təbii gözəllikləri ilə tanınan sənaye şəhərinin sakinləri respirator viruslarının təsirinə məruz qalırlar.
Həkimlər bildirirlər ki, bu xəstəliklər havanın yüksək səviyyədə çirklənməsi ilə əlaqəlidir.
Hökumətin məlumatına görə, bölgədə respirator infeksiyaların sayı 2022-ci ildəki 2082-dən 2024-cü ildə 3681-ə yüksəlib.
Birnihat şəhərinin ilk tibbi yardım Mərkəzinin həkimi C.Marak bildirib ki, hər gün qəbul etdiyi pasiyentlərin 90 faizi ağır öskürək və başqa tənəffüs problemlərindən əziyyət çəkir.
Yerli sakinlər isə qeyd edirlər ki, zəhərli hava həm də dəridə səpkilərə və gözlərin acışmasına səbəb olur, eyni zamanda, məhsula zərər verir və gündəlik işlərin yerinə yetirilməsini, hətta paltarların açıq havada qurudulmasını əngəlləyir.
tag: Hindistan,Birnihat,Çirkli,Hava,Todaypress.az,