Dünyanın ən böyük neft limanları su altında qala bilər

Dünya

04.01.2025 17:55

ABŞ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, dünyanın ən böyük neft limanlarından bəziləri iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin bir metrə qədər yüksəlməsi səbəbindən daşqın təhlükəsi ilə üzləşir. 

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Qeyd olunub ki, bir əsr ərzində dəniz səviyyəsinin bir metr qalxması qaçılmaz olub və gözlənilən daşqın 2070-ci ildə baş verə bilər. Üç metrlik daha da fəlakətli artım isə 2100-cü illərin əvvəllərinə təsadüf edə bilər.

Bildirilib ki, hazırda neft tankerləri limanlarında dəniz səviyyəsi bir metrdən aşağıdır, lakin mütəxəssislər yanacağın davamlı istifadəsi nəticəsində yaranacaq daha yüksək dəniz səviyyəsi artımına hazırlaşmalıdırlar.

Tədqiqatçıların fikrincə, Səudiyyə Ərəbistanı və ABŞ-nin alçaq limanları, eləcə də Çin, Niderland və Sinqapurdakı limanlar ilk olaraq su altında qala bilər.

Günəş Mərd

tag: ABŞ, Britaniya ,Neft ,Liman ,todaypress.az,