Dünyanın ən böyük göydələninin tikintisinə başlanıldı

Dünya

25.10.2024 18:55

Səudiyyə Ərəbistanında kubikli “Mukaab” göydələninin tikintisinə başlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.  

Qeyd olunub ki, bina təkcə Ər-Riyadda deyil, bütün dünyada ən böyük bina olacaq. 

Tikilinin bünövrəsi demək olar ki, hazırdır. Layihəyə görə, göydələnin hər divarının uzunluğu və hündürlüyü 400 metr, bütün obyektin sahəsi isə 19 kvadrat kilometr olacaq. 

“Mukaab”nın tikintisində hər gün 900-ə yaxın işçi çalışır. Layihəyə kanadalı tərtibatçı Atkins Réalis rəhbərlik edir. Tikintinin başa çatdırılması 2030-cu ilə planlaşdırılır.

Xatırladaq ki, əvvəllər ən böyük bina tituluna Vaşinqtonun Everett şəhərindəki “Boeing” zavodu sahib idi.

Günəş Mərd

tag: Göydələn, Boeing, Zavod,Mukaab, Ər-Riyad, todaypress.az,