Dünyanın ən böyük çayları rekord səviyyəyə endi
Dünya
07.10.2024 18:00
Missisipi və Amazon çaylarında suyun səviyyəsi 2023-cü ildə rekord həddə düşüb.
TodayPress xəbər verir ki, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri bu qənəatə gəlib. Hesabat qurumun saytında dərc olunub.
Keçən il uzun sürən quraqlıq Şimali, Mərkəzi və Cənubi Amerikanın bir çox bölgələrində çay axınını azaldıb. Missisipi və Amazonda suyun səviyyəsi minimuma çatıb. Görünməmiş istilər fonunda Qanq, Brahmaputra və Mekonq çayları hövzələrində də suyun səviyyəsi orta səviyyədən aşağı düşüb.
Ümumilikdə, ötən il dünya su hövzələrinin 50 faizində anormal vəziyyət yaşanıb. Onların əksəriyyəti yerli kənd təsərrüfatı və sənayeni vuran su qıtlığı ilə üzləşib.
Günəş Mərd
tag: Missisipi ,Amazon ,Çay,Su,Səviyyə,BMT,todaypress.az,