Dünyanın ən böyük almazlarından biri tapıldı
Kanadanın mədən şirkəti "Lucara Diamond Corp” Botsvanada dünyanın ən böyük almazlarından birini aşkar edib.
TodayPress xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Çəkisi 2492 karat olan daş Afrika dövlətinin şimal-şərqindəki “Karowe” mədənində tapılıb.
Qeyd olunub ki, yeni tapıntı ölkənin almaz istehsalında dünya liderlərindən biri statusunu daha da gücləndirib.
Günəş Mərd
tag: Kanada, Afrika, Almaz, Mədən Şirkəti, Dünya Liderləri, todaypress.az,