Dünyada meymunçiçəyinə yoluxanların sayı artdı
Dünya
27.10.2024 06:46
Cari ilin sentyabrında dünyada 2,7 mindən
çox laborator təsdiqlənmiş “mpox” (meymunçiçəyi – Qeyd) hadisəsi aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Sentyabrda 2 763 təsdiqlənmiş “mpox” hadisəsi qeydə
alınıb. Bu, 2022-ci ilin noyabr ayından bəri ən yüksək haldır. Nəticələr bütün
dünyada yoluxma sayının artmasının tendensiyasını göstərir” məlumatda
vurğulanıb.
Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən
böyük artım Afrikada (35%) qeydə alınıb, burada sentyabrda 1756 yeni mpox
hadisəsi aşkar edilib.
Eyni zamanda, Avropada yoluxma sentyabr ayında 26% (211
hadisəyə qədər), Amerikada isə 32% (427 hadisəyə qədər) azalıb. 2022-ci il
yanvarın 1-dən bu il sentyabrın 30-dək 123 ölkədə 109 699 təsdiqlənmiş mpox
hadisəsi, o cümlədən 236 ölüm halı müəyyən edilib.
tag: Meymunçiçeyi,Virus,ÜST,todaypress.az,Afrika,