Dünyada məcburi köçkünlərin sayı 120 milyona çatdı

Dünya

13.06.2024 08:17

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) qlobal miqyasda məcburi köçkünlərin sayının 120 milyona çatdığını bildirib.

TodayPress xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) “Məcburi köçkünlükdə qlobal tendensiya 2024” adlı hesabatında bildirilib.

Hesabtda məcburi köçkünlərin sayının 2024-cü ilin may ayı etibarilə 120 milyona çatdığı bildirilib. Sudan, Qəzza və Myanmada davam edən qarşıdurmaların yeni köçkünlərə səbəb olduğu və bunlara təcili həll yollarının tapılmasının lazım olduğu vurğulanıb.

Köçürülmə hallarının artmasının yeni və uzun illərdir davam edən böhranların həllində “uğursuzluğu” əks etdirdiyinin qeyd olunduğu hesabatda, dünyanın bu vəziyyət qarşısında laqeydliyinə və fəaliyyətsizliyinə qarşı xəbərdarlıq edilib.

Köçkünlük rəqəmlərinin artmasına ən böyük töhfənin Sudanda davam edən dağıdıcı qarşıdurmaların olduğu bildirilib və 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyü, 1,9 milyon sudanlının isə qonşu ölkələrə köçdüyü bildirilib.

Qeyd olunur ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) 2023-cü ilin sonuna qədər Qəzza zolağında baş verən dağıdıcı zorakılıqlar səbəbindən 1,7 milyona yaxın insanın (əhalinin 75 faizi) evlərini tərk edəcəyini təxmin edir.  

GÜNEL

tag: Məcburi köçkün, BMT, Sudan, Qəzza, Yaxın Şərq, todaypress.az,