Dünyaca məşhur marka qarət edildi

Dünya

30.09.2024 18:00

Naməlum şəxslər Parisin mərkəzində “Louis Vuitton” moda evinin butikini qarət ediblər.

TodayPress xəbər verir ki, bu barədə “BFM TV” kanalı məlumat yayıb. 

Olay sentyabrın 30-da baş verib. Hücum edənlər Sen-Jermen bulvarında yerləşən mağazaya daxil olublar. Hadisə yerinə gələn polis əməkdaşları butikin giriş qapısının qırıldığını, pəncərəsinin isə tamamilə sındırıldığını aşkar ediblər. Bundan əlavə, yerdə təkər izləri də qeydə alınıb.

Mənbənin sözlərinə görə, yüzə yaxın müxtəlif dəbdəbəli brend məhsul oğurlanıb. Dəymiş ziyanın ümumi məbləği açıqlanmır.

Töhfə Səməd

tag: Paris ,Ziyan,Louis Vuitton, Qarət ,Sen-Jermen ,todaypress.az,