Dünya təşvişdə: Əsrin sonuna qədər milyonlarla insan öləcək
Dünya
28.01.2025 12:25
İsti hava şəraiti 2099-cu ilə qədər Avropada 2,3 milyon insanın ölümünə səbəb olacaq.
TodayPress xəbər verir ki, bu barədə “Nature Medicine” (NatMed) elmi jurnalı məlumat yayıb.
Məlumatda deyilir ki, iqlim dəyişikliyi Avropanın 854 şəhərində 2,3 milyondan çox insanın ölümünə səbəb ola bilər.
Bu rəqəmlər hesablanarkən yaş faktorları, eləcə də, əhalinin iqlimə uyğunlaşması nəzərə alınıb.
Ölüm halları daha çox Aralıq dənizi, Mərkəzi Avropa və Balkanlarda qeydə alınacaq.
Eyni zamanda Barselona, Roma və Neapol kimi şəhərlərdə əsrin sonuna qədər 246 min ölümün olacağı proqnozlaşdırılır.
Vurğulanıb ki, ölkələr qlobal istiləşməni məhdudlaşdırmaq üçün tədbirlər görsə, insan itkilərinin 70%-ə qədərinin qarşısı alına bilər.
Nicat Osman
tag: Avorpa,İsti,Hava,2099,Todaypress.az,