Dünya təbii fəlakətlərin cəngində
Dünya
24.06.2024 13:28
Dünya ölkələri isti hava və daşqınlarla mübarizə aparır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Hindistanda şiddətli istilər 110-dan çox insanın həyatına son qoyub. Dehlidə gecə temperatur 35,2°C-dən aşağı düşməyib.
Meksika və Mərkəzi Amerikada da həddindən artıq istilər müşahidə olunur. Meksikada istidən ölənlərin sayı 125-ə çatıb.
ABŞ-nin bəzi şəhərlərində temperatur rekord həddə yüksəlib. Əhaliyə xəbərdarlıq edilib. Ölkə onilliklər ərzində müşahidə edilməmiş istilərlə mübarizə aparır.
Analoji hava şəraiti İtaliyada da müşahidə olunur. Siciliyada yüksək temperature əkin sahələrinin və kənd təsərrüfatı heyvanlarının məhvinə səbəb olub.
Səudiyyə Ərəbistanı - Məkkədə temperatur 51,8°C-ə çatıb. 1000-dən çox zəvvar istidən dünyasını dəyişib.
Afina yaxınlığında baş verən meşə yanğını isə onlarla insanı evlərini tərk etməyə məcbur edib.
Çində isə ölümcül leysan yağışları və quraqlıq da daxil olmaqla ekstremal hidrometeoroloji şərait davam edir.
Günəş Mərd
tag: Dünya, Meksika, Mərkəzi Amerika, ABŞ, Hava, todaypress.az,