Dünya növbəti pandemiyaya hazır deyil
Dünya
15.08.2024 10:11
COVID-19-dan az vaxt keçməsinə baxmayaraq, dünya başqa bir pandemiyaya hələ də hazır deyil.
TodayPress xəbər verir ki, bu barədə “Foreign Affairs” məlumat yayıb.
Son beş ay ərzində mal-qarada aşkar edilmiş “H5N1” virusunun mutasiyaya uğramış ştammı pandemiyaya səbəb olan virus üçün potensial risk yaradır.
Amma buna baxmayaraq, hökumətlər və beynəlxalq təşkilatlar onun qarşısını almaq qabiliyyətində deyillər.
Çünki hazırda dünyada həm maliyyə, həm də səhiyyə sahəsində ciddi boşluqlar var. Buna görə də daha effektiv peyvəndlərin hazırlanması zaman alacaq.
Yeni pandemiyanın nə vaxt yaşanacağını bilmək mümkün deyil. Lakin mutasiyaya uğramış ştammlar həddindən artıq çoxdur və sürətlə yayılırlar.
Buna görə də yeni və daha yaxşı peyvəndlər, antiviral dərmanlar və bütün əhalini qorumaq üçün lazım olan miqyasda infrastrukturun qurulmasına yönəlmiş daha geniş miqyaslı proqrama keçməyin vaxtıdır.
Bu cür səylər baha başa gəlsə də, bu addımları atmamaq özü ilə fəlakətlər gətirə bilər.
Töhfə Səməd
tag: H5N1, Pandemiya, Dərmanlar, Virus, Dünya, todaypress.az,