Dünya əhalisinin yarıdan çoxu təmiz suya möhtacdır

Dünya

17.08.2024 10:54

Beynəlxalq ətraf mühit alimləri qrupu 8 milyardlıq dünya əhalisinin 4,4 milyardının içməli suya çıxışının olmadığını müəyyənləşdiriblər.

TodayPress xəbər verir ki, bu  barədə tədqiqat “Science” elmi jurnalında dərc olunub.    

Sorğuda 135 ölkədən təxminən 65 min insan iştirak edib. Tədqiqat qrupu müəyyən edib ki, içməli suya çıxışı olmayan insanların əksəriyyəti Cənubi Asiya, cənub-şərqi Afrika və Şərqi Asiyada yaşayır.   

Qeyd olunub ki, suyun çirklənməsi bəşəriyyət üçün ciddi problemdir və qarşısı alınmazsa, gələcəkdə daha çox insanın içməli su ilə təmin olunmasına maneə yarada bilər.

Günəş Mərd

tag: Su, Dünya Əhalisi, Afrika, Şərqi Asiya, Bəşəriyyət, todaypress.az,