Dünya Bankı Ukraynaya daha 600 milyon dollar vəsait ayıracaq
Dünya
05.11.2024 03:58
Ukrayna Dünya Bankı ilə 600 milyon ABŞ
dolları dəyərində müqavilə imzalayıb ki, bu da yeni maliyyə dəstəyi proqramı
çərçivəsində ayrılacaq.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna
mətbuatı ölkənin Baş naziri Denis Şmıqalın “teleqram” kanalına istinadən
məlumat yayıb.
Baş nazirin sözlərinə görə, proqramın başlanması barədə
apreldə Vaşinqtonda keçirilmiş “Spreing Meetings” görüşləri zamanı razılaşma
əldə olunmuşdu. Bu gün isə Ukraynanın maliyyə və iqtisadiyyat nazirlikləri
Dünya Bankı ilə müvafiq sazişləri imzalayıblar.
Söhbət kiçik və orta biznesin dəstəklənməsi, “yaşıl”
keçid, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsallaşma və yeni bazarlara çıxışın
asanlaşdırılması məqsədi daşıyan yeni “Dayanıqlı, İnklüziv və Ekoloji Dayanıqlı
Sahibkarlıq” (RISE) layihəsindən gedir.
Qeyd edilir ki, layihə 2027-ci ilə qədər nəzərdə tutulub,
proqramın ümumi planlaşdırılan məbləği isə 1 milyard dollardan çoxdur.
tag: Ukrayna, Vaçinqton,ABŞ, Yardım, Ekologiya, todaypress.az,