Duda: "Ukrayna müharibəsindən sonra cinayətkarlıq artacaq"

Dünya

03.02.2025 12:14

Polşa prezidenti Andjey Dudanın fikrincə, Ukraynadakı münaqişənin sona çatması beynəlxalq mütəşəkkil cinayətkarlığın artmasına səbəb ola bilər.   

TodayPress xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb. 

"Münaqişə bitdikdən sonra Kiyevin öz təhlükəsizliyini təmin etmək üçün kütləvi dəstəyə ehtiyacı olacaq" deyə Polşa prezidenti bildirib. 

Duda hərbi əməliyyatların başa çatmasından sonra Ukrayna sərhədindən cinayətkar qrupların yayılmasının mümkünlüyündən narahatlığını bildirib.

O qeyd edib ki, vəziyyət Polşa, Qərbi Avropa və ABŞ-yə təsir edə bilər. 

Töhfə Səməd

tag: Duda,Münaqişə,Polşa,ABŞ,Todaypress.az,