Duda: “NATO Ukrayna səmasının qorunmasını müzakirə edir”
Dünya
24.08.2024 18:20
Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO)
Ukrayna səmasının qorunması ilə bağlı müzakirələr hələ də davam edir.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki,
bunu Polşa prezidenti Anjey Duda deyib.
O qeyd edib ki, NATO müdafiə ittifaqıdır. Öz
növbəsində, Ukrayna səmasının Şimali Atlantika Alyansının ayrı-ayrı
dövlətlərinin hərbi vasitələri ilə mühafizəsi müdafiə məsələsinə aiddir.
"Ukrayna səmasının ayrı-ayrı NATO
dövlətlərinin hərbi vasitələri ilə mühafizəsi məsələsinə gəlincə, bu, müdafiə
məsələsidir. NATO-da onun ətrafında müzakirələr gedən qırmızı xətt var.
Müzakirələr davam edir. Biz bu barədə ABŞ prezidenti ilə danışdıq” deyə Polşa
Prezidenti Ukrayna səfəri çərçivəsində Kiyevdə mətbuat konfransında bildirib.
Günəş Mərd
tag: NATO, Ukrayna, Rusiya, Hücum, todaypress.az,