Dublində Putin və Trampın portretləri nümayiş olundu
İrlandiyanın paytaxtı Dublin şəhərində hökumətin miqrasiya siyasətinə etiraz olaraq minlərlə insanın iştirak etdiyi mitinq keçirilib.
TodayPress xəbər verir ki, yürüş zamanı nümayişçilərin əlində Rusiya prezidenti Vladimir Putinin, ABŞ prezidenti Donald Trampın və irlandiyalı UFC çempionu Konor Makqreqorun portretləri olub.
Bildirilib ki, etirazçılar İrlandiya hökumətinin miqrasiya siyasətindən narazılıqlarını ifadə ediblər. Xatırladaq ki, Konor Makqreqor 2018-ci ildə futbol üzrə dünya çempionatının finalında Vladimir Putinlə görüşərək ona viski hədiyyə etmişdi.
Qiymət Mahir
tag: İrlandiya,Dublin,Tramp,Putin,Miqrasiya,todaypress.az,