Dubinski: “Son bəyanatlar diplomatik güc deyil”

Dünya

11.05.2025 14:15

11

Dövlətə xəyanət ittihamı ilə istintaq təcridxanasında saxlanılan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski Qərb liderlərinin Rusiyaya qarşı sərgilədiyi mövqeyi tənqid edib. 

TodayPress xəbər verir ki, bu barədə o,  “Telegram” kanalında  yazıb.

Bildirib ki, son vaxtlar səsləndirilən bəyanatlar, zənglər və ultimatumlar diplomatik güc deyil, çıxışsızlıq əlamətidir.

“Bu vəziyyət Putinə yox, Zelenskiyə aid çıxılmazlıqdır” deyə Dubinski qeyd edib. 

Onun fikrincə, Kiyev ya Rusiya prezidenti Vladimir Putinin şərtlərini qəbul etməlidir, ya da ABŞ-dən sanksiyalarla üzləşəcək. Deputat əlavə edib ki, may ayında atəşkəs əldə ediləcək, lakin bu, Ukraynanın yox, Rusiyanın şərtləri ilə baş verəcək.

“Zelenskinin artıq manevr imkanı qalmayıb. Onun son gedişi qələbə deyil, gözəl bəzədilmiş kapitulyasiyadır” deyə o vurğulayıb.

Qiymət Mahir

tag: Dubinski,Ukrayna,Ali Rada,Rusiya,todaypress.az,