Dubayda irlandiyalı qadın həyatına qəsdə ittiham olundu
Dünya
09.07.2024 23:05
İrlandiya hökuməti Dubay məhkəməsi
tərəfindən intihara cəhddə ittiham olunan qadının işinə müdaxilə etməyə
çağırılır.
TodayPress “Sky News”-a istinadən
xəbər verir ki, İrlaniyadan olan və Birləşmiş Ərəb Əmirliklərində hava
yollarının kabin heyətinin üzvü kimi işləyən Tori Toui şiddətə məruz qaldıqda sonra öz həyatına son qoymağa çalışıb.
28 yaşlı qadın intihar cəhdindən
sağ çıxsa da, polis bölməsinə aparılıb və intihara cəhd və spirtli içki qəbul
etməkdə ittiham olunub. Onun pasportunun istifadəsi bloklanıb və o, İrlandiyaya
qayıda bilmir.
"Sinn Fein" partiyasının lideri Meri Lu MakDonald İrlandiyanın baş naziri Simon Harrisi işə "təcili müdaxilə etməyə" və xanım Touinin İrlandiyaya qayıda bilməsini təmin etməyə çağırıb.
Nəzrin Cavadzadə
tag: İrlandiya, Dubay, Sinn Fein,Simon Harris, todaypress.az,
![photo](/uploads/news/668d8dd4f06b6.jpg)