Dubay şokoladı püstə qıtlığına səbəb oldu
Sosial mediada məşhur olan Dubay şokoladı dünyada püstəyə tələbatı artıraraq qıtlığa və qiymət artımına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Dubay şokoladı desert şokolad, püstə pastası və kadayıfdən hazırlanır.
Məhsul 2024-cü ildə sosial şəbəkələrdə yayılan videolarla populyarlıq qazanıb.
Püstənin qiyməti bir il ərzində 34% artaraq, 450 qramı 7,65 dollardan 10,30 dollara yüksəlib.
Artan tələbat səbəbindən Dubay şokoladının satışına limit qoyulub.
Hər müştəriyə az sayda verilir.
Türkan İsgəndərli
tag: Dubay,Şokolad,Püstə,Qıtlıq,Todaypress.az,