DTX: Müxalifət qırmızı xətləri keçməməlidir

Dünya

17.10.2024 14:30

2861

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluashvili müxalifəti seçki dövründə qanuna riayət etməyə çağırıb.

TodayPress xəbər verir ki, o bununla bağlı bəyanat yayıb.

“Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı, ölkənin dinc birgəyaşayışına dissonans gətirməyə çalışan şəxslərin xəbərdar edilməsi üçün verilib. Onlar qanunu pozmamalı və qırmızı xətti keçməməlidirlər, əks halda müvafiq tədbirlər görüləcək” deyə Q. Liluashvili bildirib.

tag: Müxalifət ,Gürcüstan ,Qriqol Liluashvili ,Seçki ,todaypress.az,