DTX əməliyyat keçirdi: İki nəfər saxlanıldı
Dünya
06.06.2024 14:18
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində xüsusi antiterror əməliyyatı keçirib. Nəticədə İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən iki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, xüsusi əməliyyat Batumi şəhərinin iki hissəsində eyni vaxtda keçirilib. Saxlanılan şəxslərdən pulemyotlar, tapançalar, əl qumbaraları, “İslam dövləti”nin rəmzləri" və digər maddi sübutlar götürülüb.
Saxlanılan şəxsləri 10 ildən 17 ilə qədər həbs cəzası gözləyir.(azertag.az)
tag: DTX,Əməliyyat, Gürcüstan, Dünya, todaypress.az,