Dronları məhv etmək üçün lazer sınaqdan keçirildi
Dünya
11.12.2024 14:40
Britaniya ordusu uçan dronları məhv etmək üçün yeni Yüksək Enerjili Lazer Silah Sistemini (HELWS) uğurla sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd olunub ki, Britaniya Ordusu ilk dəfə olaraq yüksək enerjili lazer silahlarından istifadə edib və uçan dronları uğurla məhv edib.
Sınaq zamanı infraqırmızı şüadan istifadə edilib ki, bu da Britaniya tərəfinin fikrincə, hədəfi yüksək dəqiqliklə vura bilir.
Günəş Mərd
tag: Enerji, Lazer, Britaniya, Ordu, todaypress.az,