Döyüş təyyarələri hərəkətə keçdi: Çindən ABŞ-yə cavab

Dünya

17.09.2024 12:34

Çin Xalq Azadlıq Ordusu Tayvan boğazı üzərində uçan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” dəniz patrul təyyarəsini izləmək üçün döyüş təyyarələri ilə hərəkətə keçib. 

TodayPress xəbər verir ki, bu barədə baş polkovnik Li Si məlumat yayıb.

“Sentyabrın 17-də ABŞ-nin “P-8A” sualtı patrul təyyarəsi Tayvan boğazı üzərində uçub. Xatırladaq ki, bölgədəki silahlı qüvvələr həmişə yüksək hazırlıq vəziyyətindədir, milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə müdafiə edirik” deyə o, bildirib. 

Töhfə Səməd

tag: Çin ,Azadlıq ,ABŞ, P-8A, Tayvan ,todaypress.az,