Dövlət Departamenti: "ABŞ İrana qarşı ciddi tədbirlər görməyə hazırdır"
Dünya
10.09.2024 09:03
"Amerika Birləşmiş Ştatları və tərəfdaşları Rusiyaya yaxınmənzilli ballistik raketlərin mümkün tədarükü ilə əlaqədar İrana qarşı ciddi tədbirlər görməyə hazırdır".
TodayPress "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinqində deyib.
*Biz bu məlumatdan son dərəcə narahatıq. G7 tərəfdaşlarımızla ciddi nəticələrə səbəb ola biləcək hərəkətlərə hazır olduğumuzu açıq şəkildə bildirdik" deyə Patel bildirib.
Xatırladaq ki, “The Wall Street Journal” Rusiyanın İrandan yaxınmənzilli ballistik raketlər aldığını yazıb. İran BMT-də Rusiyaya raket ötürülməsini təkzib edib.
Günəş Mərd
tag: Amerika ,Ukrayna, ABŞ, Rusiya ,BMT,todaypress.az,