Dostundan bəyə qeyri-adi toy hədiyyəsi

Dünya

02.06.2024 15:17

rkiyədə TIR sürücüsü olan bəyə dostunun verdiyi qeyri-adi toy hədiyyəsi gündəm olub.

TodayPress Türkiyə mediasına istinadla xəbər verir ki, Qaziantep şəhərində baş tutan toyda bəyin dostu cütlüyə, dəyəri 15 min türk lirəsi olan TIR təkəri hədiyyə edib. Onun bu addımı hər kəsin təəccübünə səbəb olub. Bu addımın cütlüyün gələcəkdə xoş xatirəsinə çevriləcəyini deyən İbrahim Göyəbaxan: "Yük daşıma ilə məşğul olduğu üçün dostum onsuz da qızılları toydan sonra satıb təkər alacaqdı. Mən də ona ən çox lazım olan şeyi hədiyyə etdim" deyə vurğulayıb.

tag: TIR, Türkiyə,Qaziantep,Toy,todaypress.az,