Dörd ölkə Cənubi Çin dənizində təlimlər keçirdi
Dünya
07.08.2024 14:37
Filippin, Kanada, ABŞ və Avstraliya öz qüvvələrinin qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq üçün Cənubi Çin dənizində hərbi təlimlər keçirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, dörd ölkə bununla bağlı birgə bəyanat yayıb.
Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin iştirak etdiyi təlim ilk dəfə dörd ölkənin iştirakı ilə keçirilib.
Təlim iştirakçıları sonda əməkdaşlığı və əməliyyat koordinasiyasını artırmaq üçün birlikdə çalışacaqlarını qeyd ediblər və bəyanat yayıblar.
“Biz ümumi dəniz problemlərini həll etmək üçün bir araya gəlirik və beynəlxalq hüquqa əsaslanan asayişin qorunmasına dair birgə öhdəliyimizi vurğulayırıq” deyə bəyanatda qeyd olunub.
Günəş Mərd
tag: Çin, Hərbi, Təlimlər, Hərbi Hava, Hərbi Dəniz, todaypress.az,