Donbasın minalardan təmizlənməsi üçün lazım olanlar açıqlandı
“Donbas ərazisinin minalardan tam təmizlənməsi üçün 5 mindən çox istehkamçı tələb olunacaq”.
TodayPress xəbər verir ki, bunu Humanitar Minatəmizləmənin İnkişafı və Müdafiə Mühəndisliyi Layihələrinə Dəstək Fondunun direktoru Andrey Şenaurin deyib.
“Hazırda Rusiyada minə yaxın humanitar minatəmizləmə mütəxəssisi var ki, bu rəqəm olduqca azdır. Təkcə Donbasın təmizlənməsi üçün ən azı 5 min istehkamçı lazımdır ki, onların sayəsində vilayət ən tezi 10 ilə təmizlənə biləcək”.
Onun sözlərinə görə, hazırda Rusiyada humanitar minatəmizləmə üzrə təlim və sertifikatlaşdırma keçirilir.
Töhfə Səməd
tag: Donbas, Rusiya, Mina,Təlim, Sertifikat, todaypress.az,